www.balakanmks.az

Ana səhifə || Tarixi || Struktur  || Fondu || Xidmət || İş vaxtı || Əlaqə   

         

  

 

Ana səhifə
Elektron kataloq
Elektron kitabxana
Tarixi
Struktur
Fondu
Xidmət
İş vaxtı
Əlaqə
Metodiki vəsaitlər
Latın qrafikalı ədəbiyyat


 

          

 

BALAKƏN RAYONUMƏRKƏZİ KİTABXANA
     

X Ə B Ə R L Ə R  

Tarixin qəhrəmanlıq səhifəsi...

20 Yanvar faciəsinin 22 - ci ildönümü ölkəmizin hər yerində olduğu kimi Balakəndə də silsilə tədbirlərlə qeyd olundu. RİH - nin tədbirlər planına uyğun olaraq mərsimlərin keçirilməsinə yanvar ayının 12-dən başlamışdır. Yanvar ayının 19 - da Heydər Əliyev mərkəzində keçirilən "Dəyirmi masa" da həmin tədbirlərdən biri idi. Tədbiri RİH başçısının təhsil, səhiyyə, və mədəniyyət məsələləri üzrə müavini Nəzakət Rüstəmova açaraq tədbirin məqsədi barədə ətraflı məlumat verdi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məruzə üçün söz Yap rayon təşkilatı aparatının rəhbəri Ö.Osmanova, rayon Ağsaqqalar Şurasının sədri R.Musayevə, RTŞ -nin metodisti Z.Mahatova, Qarabağ müharibəsi veteranı , II qrup əlil S.Qasımova verildi.

"9 noyabr - Dövlət Bayrağı günü"...

 

9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar Heydər Əliyev mərkəzində Balakən rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə "Dalğalan bayrağım azad ölkəmdə " adlı tədbir keçirildi. Tədbirdə bu günün təsis olunması ilə əlaqədar filmə baxış keçirilildi. Daha sonra "Dalğalan bayrağım azad ölkəmdə " adlı məruzə dinləndi..

 

"Anam Azərbaycan".

10 oktyabr 2011-ci il tarixdə Mərkəzi kitabxana Balakən Təhsil şöbəsi ilə birgə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illiyi ilə əlaqədar "Anam Azərbaycan" adlı poeziya gecəsi keçirdi. Poeziya gecəsində rayonumuzun ziyalıları, poeziya sevərlər, yazarlər, fəal oxucular, gözəl şer söyləyən şagirdlər iştirak edirdilər. Tədbirdə iştirakçıların ifasınada  vətənə, rayonumuza. xalqımıza, şəhidlərə və.s həsr olunmuş şerlər səslənmişdir.

 

Dövlət Müstəqilliyimizin 20-ci ildönümü.  

    

 

 

 

 

 

  18 oktyabr Dövlət Müstəqilliyi günüdür.

 1991- ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalqımız bunu bir bayram kimi qeyd edir. Hörmətli Prezidentimiz 21 yanvar 2011-ci il tarixində 1293¹-li "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncam imzalamışdiır.Dövlət Müstəqilliyinin 20 illiyi  ilə əlaqədar MKS-də geniş tədbirlər planı tutlmuş və bu tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Belə ki, 22 sentyabr 2011-ci il tarixidə Mərkəzi kitabxanada Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş "Doğma yurdum Azərbaycan" başlığı altında geniş sərgi təşkil  edilmişdir. Sərginin "Muasir Azərbaycan dövlətçiliyinin memarı", "Muasir Azərbaycan dövlətçiliyinin qoşa qanadı", "Müstəqil Azərbaycan, 20 yaşın mübarək", "Qarabağ - qan yaddaşı", "Azərbaycan tarixi" və.s bölmələrində prezident İ.Əliyevin kitabxanalara hədiyyə etdiyi kitablar, 20 il ərzində Azərbaycan folkloruna, hüquqa, musiqiyə, ekologiyaya, turizmə aid nəşr olunmuş kitablar, uşaq ədəbiyyatı, Azərbaycan klassiklərinin əsərləri, xarici ölkə ədəbiyyatı, rus dilində Azərbaycan müəlliflərinin əsərləri nümayiş etdirilmişdir. Rayonun rəhbər işçiləri, təhsil və mədəniyyət sahəsində çalışanlar, məktəblilər sərgidə iştirak etmişlər. Nümayiş etdirilən  kitablar sərgi iştirakçilarının çox böyük marağına səbəb olmuşdur.

 

 

 

 

 

Kitab bayramı  IV

 

             

26 may 2011-cu il tarixdə Balakən rayon MKS-də   IV “Kitab bayramı” keçirildi. “Kitab bayramı” kitabxananın qarşısındakı parkda təşkil edilmişdir.”Kitab bayramı” “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi”nə həsr olunmuşdur.”Kitab bayramı” Azərbaycanın üç rəngli bayrağının tədbirə gətirilməsi ilə

başladı. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin  başçısı İslam Rzayev, Icra başçısının müavinləri, rayon ziyalıları, fəal oxucular, mədəniyyət işçiləri, bütün kitabxanaçılar və.s iştirak etmişlər.”Kitab bayramında”  “Müstəqilliyi əbədidir ölkəmin", “Mənim doğma Balakənim”, “Balakən yazarları”, “Prezident İ.Əliyevin kitabxanalarımıza hədiyyə etdiyi kitablar”, “Yeni kitablar” , “2011-ci il – Turizm ilidir”, “Müstəqilliyimiz uşaqların yazılarında”, “Kitab və kitabxanaya dövlət qayğısı”, “Biz oxuyuruq, öyrənirik və yaradırıq” və.s mövzularda sərgilər təşkil edilmişdir. Oxucuların             

əl işlərindən  ibarət sərgilərə qonaqlar maraqla tamaşa etmişlər. “Kitab bayramı”nda   irsimizin həvəskar araşdırıcısı və təbliğatçısı Arif Şabanovun evində təçkil etdiyi zəngin muzeyindən eksponatlar nümayiş etdirilmişdir. “Kitab bayramı”nda Bülbül adına İncəsənət  məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin kitablara çəkdikləri illüstrasiyalar tədbir iştirakçılarının marağına səbəb olmuşdur.Balakənin mədəniyyət işçilərinin ifasında Azərbaycanın görkəmli şairi, şeyx Nizaminin “İsgəndərnamə”, M.F.Axundovun “Müsyo Jordan və Dərvişi  Məstəli şah” əsərlərindən, bağça uşaqlarının ifasında nağıllardan səhnələşdirilmiş parçaları, humanitar və texniki təmayullü lisseyin şagirdlərinin ifasında dövlət atributlarına, Azərbaycana, doğma rayonumuza həsr olunmuş kompazisiyaları tədbir iştirakçıları alqışlarla qarşılamışlar. "Kitab bayramı”nda Mədəniyyət və Turizm şöbəsinin müdiri R.Seyidova, RİHB-nın mədəniyyət, səhiyyə, təhsil üzrə müavini M.Rüstəmova, Balakən yazarı Tahirə Sultan, fəal oxucular  A.Şabanov və başqaları çıxış etmişlər.“Kitab bayramı”nı Bülbül adına İncəsənət  məktəbinin rəqs kollektivinin gözəl rəqsləri, “Gənclik” ansambılının  üzvlərinin ürək oxşayan mahnıları daha rəngarəng etmişdir.

        

 

     

Kitab bayramı  III

  

26 May 2010 – cu il tarixdə Balakən rayon Mərkəzi Kitabxanasında “ III Kitab bayramı” keçirilmişdir. “Kitab bayramı” kitabxananın qarşısındakı parkda təşkil edilmişdir. “Kitab bayramı” 28 May Respublika gününə, Balakən rayonunun təşkil edilməsinin 80, MKS – nin 30 illiyinə həsr olunmuşdur. “Kitab bayramı”nda Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, İcra başçısının müavinləri, polis rəisi, prokuror, xalq hakimi, veteran kitabxanaçılar, məktəb direktorları, müəllimləri, fəal oxucular, şəxsi kitabxanası olanlar, incəsənət məktəbinin, Heydər   Əliyev muzeyinin, Tarix diyarşünaslıq muzeyinin işçiləri və s. iştirak etmişlər. “Kitab bayramı”nda müxtəlif mövzulu sərgilər – “Heydər Əliyevin şah əsəri – Müstəqil Azərbaycan“, “Prezident İ.Əliyevin kitabxanalara hədiyyə etdiyi kitablar”, “Balakən gözəl məkan”, “Kitabxana işi bu gün”, “2010 – cu il – Ekologiya ilidir”, “Qarabağım – qan yaddaşım”, “Balakən yazarları”, “Klassik Azərbaycan ədəbiyyatı”, “Keçmişdən səslər”, uşaqların əl işlərindən ibarət “Biz öyrənir və yaradırıq”, “Uşaqları kitablarla böyüdək” və s. mövzularda sərgilər təşkil edilmiş, bu sərgilərdə 600 – dən çox latın qrafikalı ədəbiyyat nümayiş etdirilmişdir. “Kitab bayramı”nın iştirakçılarına sərgilər haqqında məlumat verilmişdir.MKS-nin fəal oxucuları Vətənə, xalqa, kitaba həsr olunmuş şeirlər söyləmişlər.

 

“Kitab bayramı”nda Mədəniyyət və Turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova, RİHB – nın mədəniyyət, səhiyyə, təhsil üzrə müavini Nəzakət Rüstəmova, Mədəniyyət və Turizm nazirliyinin kitabxana işi sektorunun əməkdaşı Yeganə Qarayeva, Respublika Gözdən Əlillər kitabxanasının əməkdaşı Tofiq Balayev, şair Ramazan Xutra, fəal oxucular Səadət Xəlilova, Fuad Səlimov, Arif Şabanov və başqaları çıxış etmişlər. “Kitab bayramı”nda rayonun “Ümid” ansamblı gözəl konsert proqramı ilə iştirak etmişdir.

 

 


  • 2010-cu ildə  Balakən rayon MKS-nə 1198 nüsxə   latın    qrfikalı  ədəbiyyat daxil olmuşdur.

  • 2011-ci ilin I rübbündə Balakən rayon MKS-nə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" seriyası ilə nəşr olunan 1855, kitabxana kollektorundan 384 nüsxə kitab  daxil olmuşdur .        


  • 2010-cu ildə Elektron kataloqun yaddaşına 865 adda 1230 nüsxə kitab köçürülmüşdür.

  • 2011-ci ilin  9 ayı ərzində Elektron kataloqun yaddaşına 221 adda 495 nüsxə kitab  köçürülmüşdür.


 

3 İyul 2009 – cu il tarixdə Respublika Prezidenti İlham Əliyevin
sərəncamı ilə əlaqədar Balakən MKS - ə 1672
nüsxə latın qrafikalı ədəbiyyat hədiyyə edilmişdir.

  


                                Balakən MKS – də 2010 2011-ci ildə
                                  müxtəlif tədbirlər keçirilmişdir.

 

  • 26 may 2010 – cu il tarixində MKS – də kitabxananın  yaranmasının 30         illiyi ilə əlaqədar geniş məzmunlu “Kitab bayramı” keçirilmişdir.
     
  • 27 May 2010-ci il tarixində 28 may Respublika Günü ilə əlaqədar “Çiçəklən, doğma Azərbaycan” adlı məruzə hazırlanmışdır.
     
  • 30 May 2010-ci il tarixində 1 İyun Beynəlxalq Uşaqları Müdafiə  Günü ilə əlaqədar “Dünya uşaqların gözü ilə” adlı səhərcik keçirilmişdir.
     
  • 5 İyun Ətraf Mühiti Mühafizə Günü ilə əlaqədar “Ətraf Mühit və canlı            aləm” adlı söhbət keçirilmişdir.
     
  • 15 İyun Narkomaniya və Narkobiznesə qarşı mübarizə günü ilə əlaqədar “Narkomaniya-ağ ölüm” adlı sərgi təşkil edildi.

  •   8 İyul 2010-cu il tarixində “Balakən inkişaf yollarında” adlı geniş     məlumat xarakterli   stend hazırlan.
     
  •  18 İyul 2010-cu il tarixində görkəmli şair, maarif və mətbuat xadimi           S.Ə,Şirvaninin   anadan olmasının 175 illiyi ilə əlaqadar sərgi yaradıldı.
     
  •  20 İyul 2010-cu il tarixində Rayonumuzdan həqiqi hərbi xidmətə çağırılan  çağırışçılarla “Əsgər olmaq istəyirəm ” adlı söhbət keçirildi.

  • 2 Avqust 2010 il tarixində 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili  günü ilə əlaqədar “Dilimiz milli varlığımızdır” adlı məruzə hazırlandı.
     
  •  14 Avqust 2010-cu il tarixində xalq şairi, əməkdar incəsənət xadimi         akademik B.Vahabzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar “Yaşamaq yanmaqdır, yanasan gərək”adlı sərgi təşkil edildi.
     
  • 18 Avqust 2010-cu il tarixində xalq şairi əməkdar incəsənət xadimi  F.Qocanın anadan olmasının 75 illiyi ilə əlaqədar “Cavanikən qoca şair” adlı sərgi təşkil olundu.

·         22 Avqust 2010-cu il tarixində nasir Əlibala Hacızadənin 75 illiyi ilə "Nəsrimizin nəğməkarı” adlı sərgi təşkil olundu.

  • 28 Avqust 2010-cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı  Çingiz Mustafayevin 50 illiyi ilə əlaqədar “Ölməz telejurnalist” adlı sərgi                   təşkil olundu.  

  • 28 Sentyabr 2010-cu il tarixində Parlament seçkiləri ilə əlaqədar              “Hamı seçkilərə” adlı  sərgi təşkil edildi.

  • 5 oktyabr Müəllim günü ilə əlaqədar kitabxananın fəal oxucusu, qabaqcıl müəllim, fərdi pensiyaçı S.Xəlilova və müəllim  A.Baknalova ilə görüş keçirildi.

  • 18 oktyabr Dövlət Müstəqilliyi günü ilə əlaqədar”Müstəqilliyimiz əbədidir, dönməzdir ” adlı məruzə hazırlandı.

  •  Yazıçı S.S. Axundovun anadan olmasının 135 illiyi ilə əlaqədar “Böyük demokrat, yorulmaz maarifçi” adlı sərgi təşkil olundu.

  •   Şair Əliağa Vahidin anadan olmasının 135 iliyi ilə əlaqədar sərgi təşkil olundu.

  • 12 Noyabr Konstitusiya günü ilə əlaqədar  "Müqəddəs qanunlarımız ” adlı sərgi təşkil olundu.

  • Qurban bayramı ilə əlaqədar dinə dair ədəbiyyatın biblioqrafik icmalı keçirildi.

  •  Şair Vahid Əzizin anadan olmasının 65 illiyi ilə əlaqədar “Bu dünya nadanmış, ay  Vahid Əziz ” adlı sərgi təşkil olundu.

  • Ulu öndər H.Əliyevin vəfatının 7-ci il dönümü ilə əlaqədar “Müstəqil  dövlətin xilaskarı və qurucusu” adlı sərgi-fotostend yaradıldı.

  •  Görkəmli klassiklərimizdən olan Yunus Əmrənin  770 illik yubleyi ilə əlaqədar “Yunus Əmrə-770” adlı sərgi təşkil olundu.

  • 17 Yanvar 2011 il tarixində xalq şairi M.Gülgünün  anadan olmasının  85 illiyi ilə əlaqədar “Yora bilməz  yollar məni” adlı sərgi təşkil olunmuşdur.

  • 19 Yanvar 2011 il tarixində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə  əlaqədar “Dəhşətli tarixə döndü o gecə" adlı ədəbi- bədii kompozisiya kecirildi.

  • 2011-ci il Turizim ili ilə əlaqədar “Vətənimin  seyrinə çağırıram elləri ”adlı  sərgi təşkil olundu.

  • 2 Fevral 2011 il tarixində  Gənclər günü ilə əlaqədar “Milli qəhrəmanlarımız-milli qürurumuzdur” adlı disput keçirildi.

  • 21 Fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar “Ana dilim-doğma dilim”  adlı  məruzə hazırlandı.

  • 26 Fevral Xocalı soyqırımı ilə əlaqədar “Xocalı sağalmayan yaramız” adlı sərgi təşkil olundu, ədəbi-bədii kompozisiya keçirildi. 

  • 28 Fevral Görkəmli yazıçı A.Şaiqin anadan olmasının 130 illik yubleyi ilə əlaqədar “A.Şaiq-130” adlı sərgi təşkil olundu.

  • 5 Mart Bədən tərbiyəsi günü ilə əlaqədar “Rayonumuzun idmançıları”  adlı sərgi təşkil olundu.

  • 7 Mart 2011-ci il tarixində 8 Mart Beynəlxalq qadınlar günü ilə əlaqədar    “Sizinlə fəxr edirik, əziz analar!” adlı görüş keçirildi.

  • 12 Mart 2011-ci il tarixində  xalq şairi S.Rüstəmin anadan olmasının 105 illiyi ilə əlaqədar “Cənnət görmək istəyən Azərbaycana gəlsin!”adlı  sərgi təşkil olundu, məruzə keçirildi.

  • 18 Mart 2011-ci il tarixində xalq şairi S.Vurgunun anadan olmasının 105 illik yubleyi ilə əlaqədar “Vurgun öldü deməyin, bir əbədi sənəti var ” adlı sərgi təşkil olundu, məruzə keçirildi.

  • 19 Mart 2011-ci il tarixində Novruz bayramı ilə əlaqədar “Novruz Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirildi.

  • 20 Mart rayonumuzda keçirilən Novruz şənliyində iştirak etdik.Təşkil edən: Balakən rayon Mədəniyyət və Turizm şöbəsi. İştirak etdi:520 nəfər.

  •  30 Mart 2011-ci tarixində 31 Mart Azərbaycanlıların Soyqırım günü ilə əlaqədar “Yaddaşımızın yaralı səhifələri” adlı sərgi təşkil  olundu, məruzə keçirildi.

  •  2 Aprel  Beynəlxalq uşaq kitabı gününə həsr olunmuş uşaq şairi  A.Şaiqin 130 illik yubleyi ilə əlaqədar poeziya gecəsi keçirildi.

  • Məşhur oftolmoloq alim Z.Əliyevanın 88 illik yubleyi ilə əlaqədar  "Akademik Z.Əliyeva və milli oftolmologiyamız " adlı kitabın təqdimat  mərasimi keçirildi. 

  • 8 May 2011 il tarixində MKS-də  ulu öndər , mərhum prezidentimizin anadan olmasının 88 illik yubleyinə həsr olunmuş , həmyerlimiz, şair Ramazan Xutranın "Səadətə apar bizi" adlı kitabın təqdimat mərasimi keçirildi.

  • 9 May 2011-ci il tarixində Qələbənin 66 illiyinə həsr olunmuş "Biz sizdən öyrəndik  qəhrəmanlığı" adlı sərgi yaradıldı.

  • 10 May 2011-ci il tarixində ulu öndər H.Əliyevin anadan olmasının  88 illik yubleyi ilə əlaqədar "Gül bayramında" iştirak etdik.Təşkil edən: Balakən  rayon Mədəniyyət və Turizm şöbəsi.

  • 30 May 2011-ci il tarixdə 39 saylı Yeni Şərif kənd  kitabxanasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Kitab bayramı" keçirildi.

  • 1 İyun Beynəlxalq Uşaqların Müdafiə Günü ilə əlaqədar "Uşaqlar sülh istəyir" adlı sərgi və rəsm müsabiqəsi keçirilmişdir.

  • 15 İyun Milli Qurtuluş Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar  MKS-də "Dövlətimizin xilaskarı" adlı məruzə keçirildi.

  • 15 İyun Milli Qurtuluş Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar  Milli Məclisin deputatları Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Hikmət Atayev ilə Balakən qadınlarının ilə görüş keçirildi. Görüş Qubek oteldə təşkil olunmuşdur.Görüşdə iştirak edirdi: 150 nəfər.

  •  25 İyun 2011-ci il tarixində MKS-də Milli Silahlı Qüvvələr günü ilə əlaqədar Balakəndə yerləşən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti ilə görüş  keçirildi və onlara kitabla xidmət göstərildi.

  • 13 İyul 2011 ci il tarixdə MKS-də "Öz hüquqlarınızı bilin" mövzusunda oxucularla məhkəmə işçilərinin görüşü keçirildi.

  • 25 İyul 2011 ci il tarixdə MKS-də yazıçı Ç.Abdullayevin əsrlərinin biblioqrafik icmalı keçirildi.

  • 1 Avqust  -  Azərbaycan Əlifabası və Azərbaycan dili günü münasibəti ilə "Ana dilim, səndədir xalqın əqli, hikməti" mövzusunda məruzə keçirildi.

  • 12 Avqust 2011 - ci il tarixdə MKS-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Heydər Əliyev  və gənclik" mövzusunda dəyirmi masa keçirildi.

  •  20 sentyabr 2011-ci il tarixdə Mərkəzi kitabxanada, Uşaq kitabxanasında  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Çiçəklən, anam Azərbaycan" adlı kartoteka yaradıldı.


 

Sərgilər.

1.    Səməd Vurğun - 105

2.      Mirzə İbrahimov - 100

3.      Sabir Rüstəmxanlı - 65

4.      Qabil - 85

5.      Abdulla Şaiq - 130

6.      Xocalı – sağalmayan yaramız.

7.      Tarixdə tarix tək qaldı o gecə.

8.      Azərbaycan – yurdum mənim.

9.      Biz sizdən öyrəndik qəhrəmanlığı.

10.    Narkomaniya əsrin bəlasıdır.

11.    Balakən yazarları.

12.    Balakən – gözəl məkandır.

13.    Heydər Əliyev – 88 guşə.

14.    Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Sərgi.

15.   Yeni kitablar.

 

Kartoteka

1.      Müstəqil Azərbaycan dövlətinin memarı.

2.      Görkəmli şəxslərin yubileyləri.

3.      Balakən doğma diyar.

4.      Kitabxana işi dövrü mətbuatda.

5.      Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları.

6.      Azərbaycan yurdum mənim.

 

 

      Copyright 2008. Sayt Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır:

http://anl.az