www.balakanmks.az

Ana səhifə || Tarix || Struktur  || Fond || Xidmət || İş vaxtı || Əlaqə       

         

 

Ana səhifə
Elektron kataloq
Elektron kitabxana
Tarixi
Struktur
Fondu
Xidmət
İş vaxtı
Əlaqə
Metodiki vəsaitlər
Latın qrafikalı ədəbiyyat


 

MƏRKƏZİ KİTABXANABALAKƏN RAYONU

BALAKƏN RAYONU

Respublikanın ən şimal-qərb hissəsində yerləşən Balakən rayonu  1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şimalda Dağıstanla, qərbdə Gürcüstanla həmsərhəddir. «Balakən» sözünün hərfi mənası «kiçik kənd» deməkdir. Rayon ərazisinin təqribən yarısı dağlıq ərazidə, qalan hissəsi düzənlik ərazidə yerləşir. Rayonda çoxlu dağ çayları, Katex dağının yaxınlığında göl var. Rayonun şimalındakı dağlıq hissə soyuq iqlimə, düzənlik hissə mülayim iqlimə malikdir. Burada il üzrə orta rütubət səviyyəsi 41%, orta aylıq temperatur +13 Ñ-äið. Rayonun şimal hissəsindəki meşəlik ərazidə əsasən vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, kol bitkilərindən isə moruq, itburnu, əzgil bitir. Bu rayonda 30-dan çox dərman bitkisi yetişir. Zaqatala qoruğunun ərazisinin

üçdə iki hissəsi Balakən rayonuna düşür.

 

Rayonda 88 311 nəfər əhali yaşayır. Əhalinin 42 635 nəfərini kişilər, 45 696 nəfərini qadınlar təşkil edir. Rayonda 14-dən çox millətin nümayəndəsi yaşayır. Bunlardan 67,6% -ni azərbaycanlılar, 29,16%-ni  avarlar, 2,7%-ni inqiloylar, 237 nəfərini ruslar, 219 nəfərini ləzgilər, 43  nəfərini  mesxeti  türkləri,  39  nəfərini  tatar,  34  nəfərini  ukraynalı,  337  nəfərini  isə  digər

millətin nümayəndələri təşkil edir.

 

Rayonda 49 ümumtəhsil məktəbi, Bakı Sənaye Pedaqoji Texnikumunun rayon şöbəsi, 2 texnini peşə məktəbi, 5 məktəbdənkənar müəsisə və  25 uşaq bağçası fəaliyyət göstərir.

 

Rayonda 6 xəstəxana, poliklinika, vərəm dispanseri, stomotoloji şöbə, qadın və uşaq məsləhətxanaları, uşaq xəstəxanası, 18 tibb məntəqəsi vardır.

Rayonda tarixi və memarlıq abidələri çoxdur: rayon mərkəzindən 18-19 km qərbdə IX-X əsrlərə aid alban kilsəsi, Qullar kəndində XII-XIII əsrlərə aid Pəri qalası, Balakən şəhərində XVII-XIX əsrlərə aid minarəsi 45 m hündürlüyündə olan məscid, Qubek qayasında dəmir dövrünün abidəsi olan Noxo mağarası, Mahamalar kəndindən 2 km qərbdə, dağın ətəyində yerləşən V-VIII əsrlərə aid yaşayış yerinin xarabaları və pir, Mahamalar kəndindən 1 km şimalda yerləşən bizim eradan əvvəl II-I əsrlərə aid edilən küp qəbirləri nekropolu, Qullar kəndində 1780-cı ildə tikilmiş məscid və yeraltı su anbarı, Mahamalar kəndində XIX əsrə aid qala və XVIII əsrə aid məscid, Katex kəndində XIV əsrə aid məscid, XVII əsrə aid düzbucaqlı qala və iki qədim məbəd, Tülü kəndində XIV əsrə aid türbə, İtitala kəndində 1910-cu ildə tikilmiş məscid, Hənifə kəndində XIV əsrə aid məbəd, Xalatala kəndində XVI əsrə aid məscid və Mazımçay kəndində XVI əsrə aid məbəd, Məklakan dağında orta əsrlərə aid şəhərgah və s. Diyarşünaslıq muzeyində tarixi-mədəni dəyərə malik əşyalar, ənənəvi sənətkarlıq məhsulları və digər eksponatlar nümayiş etdirilir. Rayonda ənənəvi xalq sənətləri – dulusçuluq, misgərlik, ağacdan naxışlı şəbəkə hazırlanması, ağac üzərində oyma, sərraclıq və Azərbaycanda nadir peşə sayılan «tambur» tikişi  tünd fonda əlvan ipək sapla mürəkkəb, ecazkar naxışlar salınması kimi

peşələr yaxşı inkişaf etmişdir.

Rayonun inzibati mərkəzi Balakən şəhəridir. Əhalisi 9 506 nəfərdir. Burada sahəsi 7,5
hektar olan park var.

 

© Balakən MKS www.balakenmks.az